Prof. Dr. Remzi Kılıç: “Azərbaycan olmadan Türklük olmaz“

03 Mayıs 2013 17:12
“ Professor Rəmzi Kılıç: "Əsas olan məzhəb fərqi deyil, siyasi hakimiyyət idi. Əgər belə olmasaydı osmanlılar məmluklulara səfər düzənləməzdi" „
Prof. Dr. Remzi Kılıç: “Azərbaycan olmadan Türklük olmaz“

Röportaj: Nigar İsfəndiyarqızı

Şah İsmayıl Xətai və Yavuz Sultan Səlim...

H
ər ikisi Türk böyükləri və hər ikisi bizim babamız. Bəs belə halda tarixi hadisələri dövrünün baxış açısından qiymətləndirməmək hansı məqsədə və ya məqsədlərə xidmətdir? Kimdir bu mövzuda maraqlı olan? 


T
əəssüf ki, bu məsələyə həssas münasibəti ortaya qoya bilən tarixçilər elə də çox deyil. 


Bu istiqam
ətdə önəmli araşdırmalara imza atmış, tarixi həqiqətlərin üzə çıxarılmasında fədakarlıq nümayiş etdirmiş, Niğdə universitetinin professoru profессор, dоктор Rəmzi Kılıçın qəzetimizə xüsusi müsahibəsini sizə təqdim edirik:


Az
ərbaycana xoş gəlmisiniz, xocam. Sizi oxucularımıza tanıdaq. Rəmzi Qılınc kimdir?

— Çox sağ olun. Mən əslən Kayseriliyəm və hal-hazırda Niğde universitetində çalışıram. Fəaliyyətimə gəlincə isə, 1988-ci ildən bəri Osmanlı tarixi üzərində işləyirəm. Osmanlı-Səfəvi münasibətləri, Osmanlı-Türküstan, Osmanlı Orta Şərq əlaqələri və s. Şübhəsiz, Türk dünyası böyük bir fenomen, böyük bir güçdür. Dünyada 250 milyon türkcə danışan insan var və türklər Avrasiya coğrafiyasında istər kültürü, dünya siyasəti, istərsə də tarixi və iqtisadiyyatıyla hər baxımdan suveren bir gücə sahibdirlər. Bu yatan nəhəngi oyandırmaq bir anlamda da Türk ziyalılarına düşür. Bu oyanış hamımızın boynunun borcudur. XXI əsr Türk əsri olmalıdır. Məhz bu məqsədvə bu düşüncəylə də indiyə qədər altı kitab, yetmişə yaxın elmi təbliğ və məqalələrimin əksər hissəsini Türk dünyası, türk dövlətləri, Türk milləti, Türkiyə-Azərbaycan, Türkiyə-İran və Türkiyə-Yaxın Şərq münasibətlərinə həsr elədim. Buna görə də ürəyim rahatdır. Eyni zamanda Türk övladlarında bu dirilməni və həmrəyliyi də görürəm.



— Daha
əvvəl Azərbaycanda olmusunuzmu? 

— Azərbaycanı çoxdan görmək istəyirdim təəssüf ki, gələ bilmədim. Sizə bir məqamı danışım. On beş ildir ki, magistraturada Türk dövlətlərinin tarixi dərsini tədris edirəm. Yeddi Türk respublikası, onlarla Türk birliyi var amma mən tədris ilinin ilk bir ayını Azərbaycan tarixinə ayırıram. Çünki Azərbaycan türklük şüuru ən yüksək olan türk torpağıdır. Və Azərbaycan Türkiyə ilə türk dünyasının eləcə də bütün Türküstanın ortadirəyi və onurğa sütunudur. Azərbaycan olmadan türklük olmaz. Türklük bu qədər strateji bir məqamda Azərbaycandadır. İstər bunu ərəb qaynaqlarına əsaslanıb Alp Ər Tunqaya qədər aparaq, istər buraya səlcuqluların gəlişində İbrahim İnala qədər, istər Eldənizlərə baxaq, istərsə də Səfəvilərə baxaq. Nəticə eynidir. Azərbaycanın təxminən 9,5-10 milyon əhalisi var və bunun doxsan faizi Türkdür, türkçə danışır. 


Universitetdə XVI əsr türk siyasi tarixindən Türk imperatorluqları dərsini tədris edirəm. Azərbaycan, Əfqanıstan, İran və Özbəkistana qədər olan ərazini əhatə edən Səfəvi imperatorluğunu, təbii olaraq Şah İsmayılı da eynilə. Qərbdə də Ağqoyunlu ölkəsinə rast gəlirik. Ağqoyunlu xanədanlarının taxt döyüşlərində Şah İsmayıl Diyarbəkiri, Musulu, Kərkükü və Bağdada qədər olan bütün torpaqları yəni Türkiyədəki Şərqi Anadolu və Cənub-Şərqi Anadolu coğrafiyasını Səfəvi mülkünə qatıb babası Uzun Həsən padişahdan dolayı Novruz mülkü saymışdır. Eyni dövrdə, yəni on altıncı əsrdə bütün Aralıq dənizindən Anadolu və Balkanlardan Tunaya qədər Osmanlı da böyük gücə sahib idi. Nil çayı hövzəsində Sina çölü və Suriyada məmluklular qüvvətli idi. Onlar da müsəlman türk dövlətidir. Ayrıca özbəklər bugünkü özbək torpaqlarında böyük bir güçə malik idi. Yenə on altıncı əsrdə 1526-cı ildən 1856-cı ilə qədər 330 il, yəni, 3,5 əsrə yaxın yaşamış böyük Teymurləngin nəvələri Babürşahlar dövləti var. Bunlar da müsəlman türk dövlətidir. Səfəvilər daha çox Babürşahlarla dialoq və əlaqə qurmuşlar. Osmanlılar isə özbəklərlə daha sıx təmasda olmuşlar. Bunu belə izah edirlər ki, onların Səfəvilərə nisbətən daha yaxın olmaları guya sünnilik məzhəbi ilə bağlıdır. Bax bu məqamda türkün birliyi məzhəb ayrılığı ilə pozmağa çalışılır. Halbuki, burda əsas olan məzhəb fərqi deyil, siyasi hakimiyyətdir. Əgər məzhəb fərqi olsaydı osmanlılar məmluklara səfər düzənləməzdi. İkisi də eyni millət, eyni zamanda eyni məzhəbin daşıyıcıları idilər. 


Mənə dosentlik imtahanında da bu sualı verdilər. O zaman da eyni cavabı verdim. Məsələ siyasi hakimiyyət idi və burda məzhəb ayrıcalığı rol oynamırdı. 


On altıncı əsr Türklərin dünyaya hökm elədikləri əsrdir. Sivilizasiya mərkəzi Avrasiya başda olmaqla dünyanın əksər ərazisi Türk hakimiyyətində idi və dolayısıyla siyasi hakimiyyət bir çox mülahizənin önünə keçirdi. 


Mən ümid edirəm ki, XXI əsr Çaldıran döyüşünün, Şah İsmayıl, Yavuz Sultan Səlim munasibətlərinin 500-cü ilində bu əsr Türk əsri olacaq. Bunun üçün bütün türklərin əlbir olmağı, könül birliyi etməsi lazımdır.


— İnşallah, bizim d
ə istəyimiz budur. Tarix bizə məqsədli şəkildə yanlış diktə edildi. Dilimizə, dinimizə illərlə qadağalar qoyuldu. Hocam, görmədiyimiz, bilmədiyimiz bir dövləti yaşamaq, xatirələrdə saxlamaq necə bir hissdir?

— Arxiv mənbələrindən, ustadlarla müzakirələrdə birəbir on altıncı əsri, Şah İsmayılı anlamaq və bilmək, Şah Abbası bilmək çox xoş bir şeydir. Əmin olun tarixi qaynaqlara endikcə Türklüyün gücünü görəcəksiniz. Eləcə də türklər arasındakı siyasi rəqabəti görürük. Bu əslində türk mədəniyyətinin və türk tarixinin böyüklüyünün, zənginliyinin açıq ifadəsidir. Bundan yanlış bir məna çıxarmaq lazım deyil. Əksinə, Türk cahan hakimiyyəti məfkurəsi üçün bir-birimizlə həmrəylik, birlik, qardaşlıq ruhu ilə hərəkət etməmiz, daha çox iqtisadiyyatda, ticarətdə, siyasətdə, təhsildə və təhlükəsizlik sahələrində əməkdaşlıq eləməyimiz lazımdır. Bu gün Avropa Birliyi var. Avropa qitəsində 47 ölkə var və onun 27-si birləşib 50 ildir Avropa Birliyini qurub. ABŞ-50 əyalətin birliyidir və 230-240 ildir ki, mövcuddur. İngilislər və amerikalıların dəstəyi ilə, ikinci dünya döyüşündən sonra elə onların himayəsində qurulmuş Ərəb Birliyi var. O halda niyə bir Türk Birliyi qurulmasın?


—Türk Birliyimi, Turanmı?


— Türk birliyi. Çünki, bu birlik Turanı gətirər və gətirəcək də. İqtisadiyyatda, müdafiədə, siyasətdə və təhsildə Türk birliyini yaratmaqla yenidən XVI əsr kimi, XIX əsr kimi XXI əsri də Türk əsri yapa biliriz. Mən buna inanıram. Bunu bu yaxınlarda Bakıda keçirilən "Şah İsmayıl və Yavuz Sultan Səlim" simpoziumunda gördüm. İştirakçılardan, dinləyicilərdən, əməyi keçən hər kəsdən Allah razı olsun. Belə tədbirlər mütləq keçirilməlidir. Bir də 1578-1590-ci illərdə Qafqaz döyüşləri, məşhur Özdəmiroğlu Osmanpaşanın Dərbəndi ələ keçirməsi var. Osmanlı qaynaqlarında Dərbənd "dəmir qapı" adlandırılıb. Bu da o deməkdir ki, dəmir qapını tutan Qafqazı alıb. Dərbənd Qafqazın ən strateji nöqtəsidir. Eyni zamanda Cənubi Qafqaz torpaqları da buradan nəzarət altında saxlanırmış. Türk tarix və dövlət adamları bunu belə qeyd edir: Dərbənd Azərbaycanın kilid qapısıymış. Təəssüf ki, Osmanlı-Səfəvi savaşında ora üçün düz on iki il türk qanı axıdılmışdır.


— Tarixdə həmişə sah İsmayıl və Yavuz Sultan Səlim münasibətlərinin üzərində daha çox durulur. Bunun əvəzində onların müsbət keyfiyyətlərini önə çıxarmaq daha doğru olmazmı? Misal üçün, tarixdə Türk dilini ilk dəfə Şah İsmayıl dövlət dili elan elədi...


— İnanmaq istəyirəm ki, bunlar artıq keçmişdə qaldı. Mən Niğdədə çalışıram. Niğdədə XXI əsrdə tarixə keçmiş yüz iyirmi böyuk Türk dövlətlərinin liderlərinin heykəlləri var. O cümlədən Səfəvi dövləti və Şah İsmayıl heykəli də eynilə. Səfəvi türkləri haqqında yanlış iddialar artıq geridə qaldı. Xüsusilə Azərbaycan müstəqilliyinə qovuşduğu gündən bəri, düz 22 ildir Türkiyədə tarixçilər, türk millətçiləri, turk ziyalıları Azərbaycanı təhqir edəcək heç bir fikir söyləmirlər. Mən 25 ildir bu məsələnin içindəyəm. Bütün qaynaqlarımda qurbanı vurğulayıram. Səfəvi Türk imperatorluğu Əfqanıstandan Fırat çayına qədər böyük Səfəvi Türk dövlətini qurmuşdur. Şah İsmayıl Xətai ən güclü Türk hökmdarı idealını ortaya qoymuşdur. Qətiyyətlə artıq bir İran xanədanlığı kimi görmək, göstərmək, o cür təqdim eləmək-biz bunları keçmiş əsrlərin səhvi olaraq artıq tarixə gömmüşük. Hətta mənim oğlum dedi ki, ata, Şah İsmayılın şəklini cək və özünlə Bakıya götür. Səfəvi Türk imperatorluğunun qurucusu deyə Şah İsmayıl deyə.


Bilirsinizmi, zatən Şah İsmayılın Təbrizdə tacqoyma mərasimində iştirak edən türkmənlərin böyük əksəriyyəti də Anadoludan gəlmişdilər. Təkəli türkmənləri, kaçalin türkmənləri, avşar türkmənləri və s. Məsələn, mən avşar türküyəm. Heç kimsə nə Şah İsmayıl nə Azərbaycanda hökm sürmüş Səfəvi xanədanlarına azacıq belə mənfi münasibət bəsləmir. Oxuma-yazma bilməyən analarımız belə Sah İsmayılın şeirlərini qulağımıza ninni olaraq söylərdilər.


B
əlkə də Azərbaycan sevginiz elə ordan gəlir?

— Təbii ki, elədir.


Az
ərbaycan nə verdi sizə və nə təsir bağışladı?

— Mən cox sevindim. Türk dövlətlərinin tarixini tədris elədiyim zaman Azərbaycanın istiqlalını necə qazanmağına bələd olmuşdum. 1918-ci ildə Məmməd Əmin Rəsulzadə "bir kərə yüksələn bayraq bir daha enməz" deyərək Azərbaycan dövlətinin müstəqilliyini elan eləmişdir. Ardından təəssüf ki, Çar Rusiyasının dağılıb bolşeviklərin hakimiyyətə gəlməsiylə Azərbaycan müstəqilliyini itirmişdir. Amma Azərbaycan türku bu həsrəti həmişə ürəyində yaşadıb. Sovetlərin dağılmasından sonra ilk olaraq müstəqilliyini elan edən Türk dövləti Azərbaycan olmuşdur. Biz o zaman 20 yanvar 1990-cı ildə Kayseridə Azərbaycanın müstəqilliyi üçün mitinqlər keçirdik. Bir qeyri-hökumət təşkilatının rəhbəriydim və 7-8 QHT ilə birlikdə Kayseri Respublika meydanında əlli-altmış minlik böyük bir mitinq təşkil elədik. 


Bütün dunyaya Azərbaycan müstəqilliyini hayqıraraq qardaşlarımıza mənəvi dəstək verdik. Bizim Azərbaycan sevdamız Anadolu Türkünün ürəyindən, könlündən qopan bir sevdadır. Sizi inandırım, on gün ərzində Türkiyədə ən az yüz mitinq keçirildi. Türk insanı əllərində Azərbaycan bayraqları ilə küçələrə töküldü. Azərbaycanın istiqlalı üçün hayqırdılar. Mən hər zaman deyirəm, Türklük şüurunun ən yuksək olduğu yer Azərbaycandır. Azərbaycandakı Türklük şüuru digər Türk respublikalarına örnək olacaq, işıq saçacaq dəyərdədir. Azərbaycan Anadolu ilə Orta Asiya və Türküstanla Türkiyənin kilid qapısı həm də bizim ən qədim qardaşımız və dostumuzdur. Azərbaycanın müstəqilliyi inkişaf elədikcə bizim də sevincimiz ikiqat olacaq. Ayrıca Qarabağ mövzusunu magistraturada ev tapşırığı olaraq işlədik, o kiçik tarixi 500 səhifə ilə anlatdıq. Səbəbləri, əhəmiyyəti, mənəvi və maddi istiqamətlərinin hamısını araşdırdıq.


Ş
əxsim adına təşəkkür edirəm sizə. Qəzetimiz vasitəsilə Azərbaycana demək istədikləriniz var mı?

— Necə ki, Azərbaycanın bu günü dünənindən gözəldir, əminəm ki, sabahı da bu günündən gözəl olacaq.


Kaspi.az

Yorumlar